Baydenlə Putin arasında telefon danışığı olacaq

Baydenlə Putin arasında telefon danışığı olacaq
  29 Dekabr 2021    Oxunub:1082
ABŞ prezidenti Co Baydenn dekabrın 30-da rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn deyib.

"Prezident Co Bayden cümə axşamı, 30 dekabr 2021-ci ildə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Tərəflər bir sıra mövzuları, o cümlədən Rusiya ilə gözlənilən diplomatik əlaqələri müzakirə edəcəklər", - o bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Putin və Bayden arasında telefon danışığı planlarını təsdiqləyib.

AzVision.az



Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti