Lukaşenko Putinə kolbasa, pendir və qədəh hədiyyə edib

Lukaşenko Putinə kolbasa, pendir və qədəh hədiyyə edib
  29 Dekabr 2021    Oxunub:1223
Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqa səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinə hədiyyə təqdim edib.
AzVision.az xəbər verir ki, Lukaşenkonun hədiyyəsi Belarus istehsalı olan ərzaq səbəti və ölkənin şüşə zavodunun büllur qədəhlərindən ibarət olub.

"Lukaşenkonun səfərlərinin maraqlı məqamlardan birini hədiyyələr təşkil edir. O, Sankt-Peterburqa da əliboş gəlməyib. Həmişə olduğu kimi, dadlı Belarus səbəti: kolbasa, pendirlər. Həmçinin qədəh dəsti”, - məlumatda deyilir.

Çərşənbə günü səhər saatlarında iki ölkə prezidentləri Sankt-Peterburqda Belarus-Rusiya əməkdaşlığının aktual məsələlərinə dair danışıqlar aparıb, daha sonra xokkey üzrə yoldaşlıq görüşündə iştirak ediblər.


AzVision.az




Teqlər: Rusiya   Belarus  





Xəbər lenti