Saakaşvili yenidən türməyə qaytarıldı

 Saakaşvili yenidən türməyə qaytarıldı
  30 Dekabr 2021    Oxunub:1103
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Qori hərbi hospitalından Rustavi şəhərindəki həbsxanaya qaytarılması xəbəri doğrudur.
AzVision.az xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya məlumat verib. O, KİV-də yayılan məlumatı təsdiqləyib.

Qeyd edək ki, Saakaşvili uzun sürən aclıq aksiyasından sonra Qoridəki xəstəxanada müalicə olunub. Bazar ertəsi eks-prezident bildirib ki, qara geyimli şəxslər əraziyə gələrək onun hərbi xəstəxanadan çıxarılması qərarının olduğunu elan ediblər. Gürcüstan Ədliyyə Nazirliyinin xüsusi penitensiar xidməti isə məlumat yayıb ki, siyasətçinin Rustavidəki xüsusi müəssisəyə köçürülməsi təxirə salınıb.

Saakaşvilinin yaxını Liza Yasko da sabiq prezidentin Rustavi həbsxanasına köçürülməsi barədə məlumat yaymışdı. O qeyd edib ki, eks-prezidentin səhhətinin necə olması onlara məlum olmur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Saakaşvili  





Xəbər lenti