"Rusiyanın "G7"yə qayıtması mümkün deyil" - Almaniya XİN

"Rusiyanın "G7"yə qayıtması mümkün deyil" -    Almaniya XİN
  30 Dekabr 2021    Oxunub:1212
"Rusiyanın yaxın gələcəkdə "Böyük Yeddilik" qrupuna (G7) qayıtması qeyri-mümkündür”.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “DPA” agentliyinə müsahibəsində deyib.

"Hazırda Rusiyanın “G7”yə nə vaxt qayıda biləcəyini proqnozlaşdırmaq mümkün deyil, indiki eskalasiya istənilən halda vəziyyəti asanlaşdırmır", - diplomat bildirib.

Berbokun sözlərinə görə, Krımın ilhaq edilməsi ilə Rusiyanın özünü bu qrupdan kənarda qoyması çox üzücüdür.

"G7"yə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir. Qrupun məqsədi qlobal siyasi və sosial problemlərin həlli yollarını tapmaqdır.

2014-cü ildə Krımın birləşdirilməsinə görə Rusiya qrupdan çıxarılıb. "G7" yarımadada keçirilən referendumu tanımır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: G7  



Xəbər lenti