ABŞ-da Bayden və Obamanı öldürmək istəyən şəxs həbs edilib

ABŞ-da Bayden və Obamanı öldürmək istəyən şəxs həbs edilib
  30 Dekabr 2021    Oxunub:1075
ABŞ-ın Ayova ştatında prezident Co Baydeni və sabiq dövət başçısı Barak Obamanı, həmçinin “Facebook”un (indiki Meta) qurucusu Mark Zukerberqi öldürmək niyyətində olan silahlı şəxs həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Kaliforniyada supermarket işçisi olan 25 yaşlı Kuaçua Briyon Syun cümə axşamı tutulub və hazırda həbsdədir. Polis həmin şəxsin avtomobilindən “AR-15” silahı, döyüş sursatı, zirehli geyim və ilk tibbi yardım dəstləri aşkar edib.

Məlumata görə, o, sui-qəsdi həyata keçirmək üçün birbaşa Ağ Evə getmək niyyəti ilə dekabrın 18-də evini tərk edib. Syun müstəntiqlərə deyib ki, öldürmək niyyətində olduğu pis adamların siyahısını tərtib edib. Siyahıda Bayden, Obama və Zukerberqdən başqa, ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Entoni Faucinin də adı var. O, telefonuna yüklədiyi proqramla hədəf olaraq Ağ Evi seçib.

Şübhəli şəxs bildirib ki, həbsdən azad olunarsa, dərhal Ağ Evə gedəcək, planı yerinə yetirmək üçün əlindən gələni edəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti