ABŞ-Rusiya danışıqlarının tarixi açıqlanıb

ABŞ-Rusiya danışıqlarının tarixi açıqlanıb
  30 Dekabr 2021    Oxunub:863
Cenevrədə ABŞ-Rusiya danışıqlar 2022-ci il yanvarın 10-da keçiriləcək".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, bu tarixə alternativ yoxdur. Tərəflər Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təkliflərini müzakirə edəcəklər.

Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman rəhbərlik edəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   ABŞ  



Xəbər lenti