Ərdoğan: `Azərbaycan-Türkiyə əlaqələri bütün dünya üçün nümunədir`

Ərdoğan: `Azərbaycan-Türkiyə əlaqələri bütün dünya üçün nümunədir`
  04 Aprel 2014    Oxunub:1028
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən öncə, Atatürk hava limanında jurnalistlərə açıqlama verib.

AzVision.az `Haberturk`ə istinadən xəbər verir ki, baş nazir bildirib ki, 30 mart seçkilər günü bütün bölgələrimiz qalib gəlib, hər kəs sülhü və həmrəylik qazanıb.

Ərdoğan Türkiyə və Azərbaycanın münasibətlərinin səciyyəvi xarakter daşıdığını da bildirib: “Azərbaycana səfər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə və güclənməsinə kömək edəcək. Azərbaycan-Türkiyə əlaqələri bütün dünya üçün nümunədir və hər iki ölkə strateji tərəfdaşdır”.


Teqlər:  





Xəbər lenti