"Sakaşvilinin vəziyyəti ağırdır" - Vəkil

 "Sakaşvilinin vəziyyəti ağırdır" -    Vəkil
  30 Dekabr 2021    Oxunub:839
Qori hərbi xəstəxanasından Rustavi həbsxanasına qaytarılan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyəti ağırdır, o, ünsiyyətsizdir, lənğ hərəkət edir.
AzVision.az xəbər verir ki, bu barədə siyasətçinin vəkili Nika Qvaramiya deyib.

Saakaşvili uzun sürən aclıq aksiyasından sonra Qoridəki xəstəxanada müalicə olunub. Bazar ertəsi eks-prezident bəyan edib ki, qara geyimli şəxslər içəri daxil olub, onun hərbi xəstəxanadan çıxarılması qərarını elan ediblər. Gürcüstan Ədliyyə Nazirliyinin penitensiar xidməti daha sonra məlumat yayıb ki, siyasətçinin Rustavidəki xüsusi müəssisəyə köçürülməsi təxirə salınıb. Lakin daha sonra Ədliyyə Nazirliyi Saakaşvilinin Rustavidəki həbsxanaya qaytarıldığını təsdiqləyib.

Sabiq prezident bu il oktyabrın 1-də Tbilisidə həbs edilib. O, bir sıra cinayətlərdə təqsirli bilinir.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Gürcüstan  



Xəbər lenti