Zaxarova İrəvan-Ankara münasibətlərindən danışıb

   Zaxarova İrəvan-Ankara münasibətlərindən danışıb
  30 Dekabr 2021    Oxunub:613
"İrəvanla Ankara arasında münasibətlərin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına xidmət edə bilər".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Tarixi perspektivdə bu iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq istəyən bir ölkə olaraq bizim tərəfimizdən az iş görülməyib. Bu məqsədlə tərəflərin xüsusi nümayəndələr təyin etməsi münasibətlərin normallaşdırılması niyyəti baxımından məntiqli və ağıllı addımdır. Rusiya dəfələrlə vasitəçilik səyləri göstərməyə, bu tənzimləmədə rol oynamağa hazır olduğunu, istənilən şəkildə təmasın təşkil olunmasında vasitəçiliyin reallaşdırılmasının mümkünlüyünü vurğulayıb", - Zaxarova söyləyib.

AzVision.az



Teqlər: Rusiya-XİN  





Xəbər lenti