Obama Rusiyaya yeni sanksiyalar qoydu

Obama Rusiyaya yeni sanksiyalar qoydu
  04 Aprel 2014    Oxunub:968
ABŞ prezidenti Ukraynaya dəstək, ruslara qarşı isə yeni sanksiyalarla bağlı qanun imzalayıb. Prezidentin mətbuat katibi Cey Karni bildirib ki, sanksiyalar Ukraynadakı böhrana görə cavabdeh olan məmurlara şamil olunacaq.

Ağ Ev Rusiya və Ukraybanın bəzi vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq etməyə qərar verib. Söhbət iqtisadi viza məhdudiyyətlərindən gedir.

Prezidentin mətbuat katibi Cey Karni xəbər verib ki, qanun Kiyevə milyard dollarlıq kredit verilməsini nəzərdə tutur. 150 milyon dolları isə Ukrayna təcili yardım qismində alacaq. Bundan əvvəl sözügedən qanunu ABŞ parlamentinin hər iki palatası dəstəkləmişdi.

Bunula yanaşı, Obama Ukrayna ərazisində yayımlanan Amerika KİV-lərinin maliyyəsinin artırılması barədə qanun imzalayıb.

ABŞ və Avropa İttifaqının təzyiqlərinə baxmayaraq, xarici şirkətlər Rusiya ilə əməkdaşlıqlarını davam etdirirlər. Fransanın “Erian Speys” şirkəti Roskosmosla 7 “Soyuz” raket daşıyıcısının təchizatı ilə bağlı müqavilə imzalayıb. Raketlərin kosmosa 2016-2019-cu illərdə Kurs kosmodromundan buraxılacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Fransa Rusiyaya iki “Mistral” desant gəmisi göndərilməsi məsələsini təxirə salmışdı.

Xatırladaq ki, ABŞ prezidenti hələ martın 17-də Rusiya siyasətçilərinə qarşı sanksiya imzalamışdı.

Amerika hökuməti bir sıra dövlət məmurlarının, duma üzvlərinin bank hesablarını dondurub, onlara viza məhdudiyyətləri qoyub.

ABŞ xarici işlər nazirliyi sanksiya tətbiq etdiyi Rusiya rəsmilərinin siyahısını martın 20-də açıqlamışdı.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti