ABŞ Kubada gizli sosial şəbəkə yaradıb - İDDİA
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatda o da qeyd olunur ki, həmin sosial şəbəkə Kubadakı internet qadağasını poza bilir və onun qısa mesaj xidmətindən də istifadə etmək mümkündür.
Kubanın Tvitteri hesab olunan bu qısa mesaj xidmətinin ABŞ hökumətinə məxsus olduğunu bilməyən on minlərlə internet istifadəçisi bu sosial şəbəkəyə üzv olur.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi Kubadakı sosial şəbbəkə ilə bağlılığını var gücü ilə gizlədir. Buna xərclənən pulun da izini azdırmaq üçün dənizkənarı ölkələrdə şirkətlər qurduğu və Kayman adalarındakı banklar vasitəsilə pul transferi edildiyi bildirilir.
Sosial şəbəkənin məqsədinin gənclərdən ibarət kütlə yaradıb onları hökumətə qarşı birləşdirmək olduğu iddia olunur.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi “Associated Press”in iddialarına hələ ki, cavab verməyib.
Fatimə Kərimli