“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü yanvarda ola bilər" - Çavuşoğlu

   “Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü yanvarda ola bilər" -    Çavuşoğlu
  30 Dekabr 2021    Oxunub:959
“Türkiyə və Ermənistanın münasibətlərinin normallaşmasına dair xüsusi nümayəndələrin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər”.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O görüşün tarixinin dəqiqləşmədiyini, lakin yanvarda olması ehtimalını qeyd edib:

"İlk görüş Moskvada olacaq. Görüşün dəqiq tarixi bəlli deyil, amma yanvarda olacağı gözlənilir".

AzVision.az



Teqlər: Türkiyə   Ermənistan  



Xəbər lenti