Almaniyada 3 AES-in fəaliyyəti dayandırılır

Almaniyada 3 AES-in fəaliyyəti dayandırılır
  31 Dekabr 2021    Oxunub:991
Almaniya hökuməti ölkədəki atom elektrik stansiyalarının yarısını bağlayıb. AzVision.az xəbər verir ki, bu barədə Associated Press yazıb.
Bildirilib ki, dekabrın 31-də Almaniyada fəaliyyət göstərən altı atom elektrik stansiyasından üçü bağlanıb. Bu tarixdən etibarən ölkədə cəmi 3 AES fəaliyyət göstərəcək ki, onların da istismarının son müddəti 31 dekabr 2022-ci il müəyyən edilib.

Almaniya 2002-ci ildə kansler Qerhard Şreder dövründə nüvə enerjisindən imtina etmək qərarına gəlib. 2011-ci ildə Yaponiyada Fukusima Atom Elektrik Stansiyasında baş vermiş qəzadan sonra Angela Merkel hökuməti bu planı təsdiqləyib.

AzVision.az


Teqlər:



Xəbər lenti