Paşinyanın qızının bahalı ayaqqabısı erməniləri hiddətləndirib

Paşinyanın qızının bahalı ayaqqabısı erməniləri hiddətləndirib
  01 Yanvar 2022    Oxunub:1010
Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın 1379 dollarlıq ayaqqabısı ermənilərin hiddətinə səbəb olub.
AzVision.az “Armday.am” saytına istinadən xəbər verir ki, M.Paşinyan dünya şöhrətli dizayner “Manolo Blahnik”in ayaqqabısını geyinərək sosial şəbəkədə fotolar paylaşıb.

Bu ayaqqabıların orta qiyməti təxminən 500 dollardan başlayır. Saytın araşdırması zamanı məlum olub ki, baş nazirinin qızının geyindiyi ayaqqabının qiyməti 1379 ABŞ dollarıdır.

“Ola bilsin, Mariam Paşinyan sonradan ayaqqabıların orijinal deyil, sadəcə ucuz növ olması barədə məlumat paylaşsın. Nəzərə alsaq ki, ölkədə həddindən artıq yoxsulluq hökm sürür və onun atasının imzaladığı kapitulyasiya səbəbindən bu gün çoxları hətta öz evindən, torpağından və övladından məhrumdur”, - sayt qeyd edib.

Bir çox ermənilər sosial şəbəkələrdəki hesablarında baş nazirin qızının bu cür dəbədbəli geyiminə görə onu qınayanlar və araşdırmaların aparılmasının vacibliyini vurğulayıblar.

AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti