MDB-yə sədrlik Qazaxıstana keçib
Daha əvvəl ölkə Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, MDB məkanında birgə səylər nəticəsində səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb, möhkəm normativ-hüquqi baza formalaşdırılıb. Eyni zamanda fəal siyasi dialoq inkişaf edir, təhlükəsizlik sahəsində əməkdaşlıq möhkəmlənir, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün şərait yaradılır.
Qazaxıstan lideri MDB ölkələrinin qarşısında duran əsas vəzifələr sırasında ticari-iqtisadi əməkdaşlığın aktivləşdirilməsi və genişləndirilməsini qeyd edib. O, ümumi kənd təsərrüfatı bazarının formalaşmasını da vacib sayır. Pandemiyanın mənfi nəticələrinin aradan qaldırılmasında əməkdaşlıq məsələlərinə toxunan Tokayev MDB məkanında peyvənd pasportlarının qarşılıqlı tanınmasını sürətləndirməyi təklif edib.
AzVision.az
Teqlər: MDB







Vaxtında, Aydın, Lazımlı!


