Makron bu il pandemiyanın bitəcəyinə ümid edir

Makron bu il pandemiyanın bitəcəyinə ümid edir
  01 Yanvar 2022    Oxunub:1080
Fransa Prezidenti Emmanuel Makron 2022-ci ildə ölkənin pandemiyadan çıxacağına ümid edir.
AzVision.az xəbər verir ki, bu barədə o, Yeni il münasibətilə həmvətənlərinə müraciətində deyib.

"Mən gələcəyə optimizmlə baxıram. 2022-ci il, yəqin ki, pandemiyanın bitdiyi il olacaq. Mən sizinlə birlikdə buna inanmaq istəyirəm", - Makron bildirib.

Bundan əlavə Fransa prezidenti qeyd edib ki, koronavirusun güclü beşinci dalğası səbəbindən ölkəni "çətin həftələr" gözləyir.

Makron hələ də peyvənd olunmamış 5 milyon nəfəri əksər həmvətənlərindən nümunə götürməyə və peyvənd olunmağa çağırıb.

Fransada koronavirusa qarşı vaksinasiya əhalinin əksəriyyəti üçün könüllüdür. Prezident isə vaksinasiyanı hər kəsin vətəndaşlıq vəzifəsi hesab edir: "Məsuliyyətlər hüquqlardan üstün olmalıdır".

Qeyd edək ki, ötən gün Fransada koronavirusa rekord sayda - 232 mindən artıq yoluxma halı qeydə alınıb.

AzVision.az



Teqlər: Fransa  



Xəbər lenti