Paşinyanın sabiq şəxsi mühafizəçisi ölüb

Paşinyanın sabiq şəxsi mühafizəçisi ölüb
  01 Yanvar 2022    Oxunub:2115
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri general Qriqori Ayrapetov ölüb.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, 54 yaşlı Ayrapetov yanvarın 1-də Eraz məhəlləsində yerləşən evində ölüb.

O, 2018-ci ilin iyununda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 2019-cu il oktyabrın 15-də isə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Ayrapetov üç keçmiş prezidentin - Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarkisyanın, eləcə də hazırkı baş nazir Nikol Paşinyanın şəxsi mühafizəsinə rəhbərlik edib.

Xatırladaq ki, o, 2018-ci ilin sentyabrında Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla eyni liftdə olub.

AzVision.az



Teqlər:





Xəbər lenti