"Bu il pandemiyanın başa çatacağına əminəm" - ÜST rəhbəri

   "Bu il pandemiyanın başa çatacağına əminəm" -    ÜST rəhbəri
  01 Yanvar 2022    Oxunub:4894
"Bu il pandemiyanın başa çatacağına əminəm. Amma bu birlikdə səy göstərəcəyimiz təqdirdə mümkün olacaq”.
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, bəzi ölkələrin vaksin milliyyətçiliyi bərabərsizliyə gətirdi və “Omikron” ştamının meydana gəlməsinə şərait yaratdı.

"Bərabərsizlik davam etdikcə virusun qarşısıalınmaz formada yayılma riski daha da artacaq. Əgər bərabərsizliyə son qoysaq, pandemiyanı da geridə qoyarıq”, - o bildirib.

AzVision.az



Teqlər: ÜST  



Xəbər lenti