Rusiyada baş verən yanğında 5 nəfər ölüb

Rusiyada baş verən yanğında 5 nəfər ölüb
  01 Yanvar 2022    Oxunub:1541
Rusiyanın İrkutsk vilayətində baş verən yanğında üç qadın, bir kişi və 11 yaşlı uşaq ölüb.
AzVision.az xəbər verir ki, hadisənin hansı şəraitdə baş verdiyini ölkənin İstintaq komitəsi araşdıracaq.

İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqında məlumat şənbə günü səhər saatlarında daxil olub. İlk yanğınsöndürmə və xilasetmə briqadalarının hadisə yerinə çatdığı zaman alov tamamilə evi bürüyüb. Yanğının geniş ərazisi və qonşu binalara keçmə təhlükəsi səbəbindən əraziyə İrkutskdan əlavə qüvvələr cəlb edilib.

Hadisə zamanı evdə 9 nəfər olub, 5 nəfər binadan çıxa bilib. Onlardan biri, evin sahib xəsarətlər alıb, bir nəfər isə təcili yardım maşınında dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, müvafiq araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: Rusiya   Yanğın  



Xəbər lenti