Kabilin mərkəzində güclü partlayış olub

Kabilin mərkəzində güclü partlayış olub
  01 Yanvar 2022    Oxunub:1192
Bu gün Əfqanıstanın paytaxtı Kabilin mərkəzində güclü partlayış baş verib.
AzVision.az xəbər verir ki, bu barədə “Əfqanıstanın səsi” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Pedaqoji Universitetin yaxınlığında baş verib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Ölkədə hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.

AzVision.az



Teqlər: Kabil   Partlayış  



Xəbər lenti