Haitidə həbsxanasından qaçmaq istəyən on məhbus öldürülüb

Haitidə həbsxanasından qaçmaq istəyən on məhbus öldürülüb
  01 Yanvar 2022    Oxunub:1195
Haitinin paytaxtı Port-o-Prinsin şərqindəki Krua-des-Buket həbsxanasından qaçmağa cəhd göstərən azı on məhbus öldürülüb.
AzVision.az bu barədə yerli mediaya istinadən xəbər verir. Məlumata görə, hadisə zamanı dörd polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, səkkiz cinayətkar yerindəcə məhv edilib, daha iki məhkum aldığı xəsarətlərdən xəstəxanada ölüb. Məhkumlar qaçmağa cəhd edərkən həbsxananın yeməkxanasını və anbarını yandırıblar.

Hazırda müəssisədə vəziyyət nəzarət altındadır, bir neçə ədəd odlu silah götürülüb.

AzVision.az



Teqlər: Haiti   Həbsxana  



Xəbər lenti