Türkiyədə ağır yol qəzası olub

Türkiyədə ağır yol qəzası olub
  01 Yanvar 2022    Oxunub:1009
Türkiyədə baş verən zəncirvari yol qəzasında 16 nəfər xəsarət alıb.
AzVision.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, hadisə Ankarada qeydə alınıb. Yeniməhəllə rayonunda avtobus zəncirvari qəzaya səbəb olub. Qeyd edilir ki, avtobus qarşı zolağa keçərək digər avtomobilin üzərinə aşıb. Avtobus habelə digər nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

AzVision.az



Teqlər: Türkiyə   Yolqəzası  





Xəbər lenti