`Təzə avtomobil almaq üçün kreditlər verilsin` - TƏKLİF

 `Təzə avtomobil almaq üçün kreditlər verilsin` - TƏKLİF
  04 Aprel 2014    Oxunub:1036
“Bakı dünyanın ən çirkli şəhərləri siyahısında birinci yerdə durur. Bu siyahının tam dəqiqliyinə inanmasam da paytaxtın hər bir sakini təsdiqləyə bilər ki, Bakı ekoloji çəhətdən yaşanmalı üçün çox da konfortlu məkan deyil. Yeni doğulan uşaqların demək olar ki, 100%-nin allergik xəstəliklərə düçar olması buna əyani sübutdur”.
AzVision.az xəbər verir ki, bunu Mili Məclisin bügünkü çıxış edən millət vəkili Elmira Axundova deyib.

Deputat qeyd edib ki, iki il bundan əvvəl atmosferə buraxılan tullantıların həcmi 957 min ton təşkil etdirdi: “Bunların da 742 milyon tonu nəqliyyat vasitələrinin payına düşür. Yəqin ki, indi bu rəqəm daha da artıb. Köhnə avtomobillərin ekologiyaya vurduğu ziyan göz qabağındadır. Fikir verin keçən il ölkəyə idxal olunmuş maşından 50 mini işlənmiş maşınlardır ki, fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin istismarını qəti şəkildə qadağan etmək də mümkün deyil. Çünki bununla bağlı hüquqi baza yoxdur.

Bununla belə, problemin həlli yolunu tapmaq mümkündür. Bunun üçün avtomobilləri müsadirə etmək və `avro-4` standartlarına uyğun avtomobillər alınması üçün vətəndaşlara güzəştli kreditlər verilsin. Bilirəm ki, bu maliyyə tələb edən problemdir. Amma bunu icra etməsək, `avro-4`-ə keçidi uğurla həyata keçirmək olmayacaq.

Müsadirə olunan avtomobilə görə, kompensasiya ödənilməsi təcrübəsi artıq Rusiya mövcuddur. İkinci məsələ isə bu cür avtomobillər üçün poliqonların təşkil olunması və həmin avtomobillərin ultirizasiyasıdır. Hər il orta hesabla 200-300 avtomobil ultirilizasiyaya göndəriləcək. Amma bu gün bir dənə də olsun poliqonumuz yoxdur.Açıq deyə bilərəm ki, avro-4ə keçidi elan etməklə məsələ həll olunmur. Odur ki, bunun üçün tədbirlər planı işlənib hazırlanmalıdır”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti