"Azərbaycan yeni silah alır, Ermənistan isə Moskvanın əlinə baxır" - Ekspert

   "Azərbaycan yeni silah alır, Ermənistan isə Moskvanın əlinə baxır" -     Ekspert
  02 Yanvar 2022    Oxunub:2504
"Çox acınacaqlı və faciəli vəziyyətdir. Ermənistan təhlükəsizlik ümidini Rusiyaya bağlayıb. Oturub gözləyirlər ki, Rusiyadan hansı silahlar göndəriləcək". Bu barədə “Pastinfo”nun efirində erməni hərbi ekspert Van Ambartsumyan bildirib.
O, vurğulayıb ki, ötən il Azərbaycan çoxlu sayda yeni silahlar alıb.

“Azərbaycan 18 ölkədən silah alıb. Qarabağda yeni hərbi bazalar açıb. Ermənistan isə Rusiyanın xeyriyyəçilik kimi öz silahlarından nə göndərəcəyini gözləyir.

Rusiya bəzən Ermənistana öz Silahlı Qüvvələrinə məxsus müxtəlif növ silahlar göndərir. Bu, kifayət deyil. Ermənistanla Azərbaycan arasında silah balansı pozulur. Hazırda snayperlərin orduda olması çox vacibdir. Erməni snayperləri Azərbaycan snayperlərindən geridədir. Azərbaycan Silahlı Qüvvələrinin snayperləri xüsusi texnologiyalardan istifadə edirlər".

Ekspertin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyində ixtisarlardan başqa heç nə baş vermir:

“Silahları modernləşdirmirlər, heç nə etmirlər, oturub Moskvanın nə göndərəcəyini gözləyirlər".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti