“Taliban” indi də manekenlərin başını kəsəcək

“Taliban” indi də manekenlərin başını kəsəcək
  03 Yanvar 2022    Oxunub:1016
Əfqanıstanda ötən ilin avqustunda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının rəsmiləri manekenlərin İslamda qadağan olunmuş bütlərlə eyniləşdirilməsinə qərar verib və onların başlarının kəsilməsini əmr edib.
AzVision.az -ın xəbərinə görə, bu barədə "Sunday Times" məlumat yayıb.

“Taliban” tərəfindən yaradılmış Yaxşılığın Təbliği və Qüsurun Qarşısının Alınması Nazirliyi Herat əyalətindəki mağaza sahiblərinə manekenləri müsəlman qaydalarına uyğunlaşdırmağı tapşırıb. Nazirlikdən bildirilib ki, göstərişi yerinə yetirməyənləri ağır cəza gözləyir.

AzVision.az


Teqlər: Taliban  



Xəbər lenti