Şolts yanvarda Putinlə görüşmək istəyir

Şolts yanvarda Putinlə görüşmək istəyir
  03 Yanvar 2022    Oxunub:1000
Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şolts Rusiya ilə münasibətlərin qurulmasını mühüm amil hesab edir və bu məsələni öz nəzarəti altına almağa hazırlaşır.
AzVision.az xəbər verir ki, “Bild” qəzetinin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, yanvarda Almaniya hökumətinin başçısı Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyir.

Məqalədə deyilir ki, Şolts Moskva ilə münasibətləri düzəltmək istəyir. Xüsusilə, bu, qaz münasibətlərinə və Ukrayna məsələsinə təsir edəcək. Qəzet iddia edir ki, kanslerin xarici siyasət məsələləri üzrə müşaviri Yens Pötner artıq iki həftədir ki, rəsmilərin yanvar ayında görüşməsi üçün işlər görür.

AzVision.az


Teqlər: Almaniya   Rusiya  



Xəbər lenti