Vuçiç: “Rusiya və Çinlə dostluğu davam etdirəcəyik”

   Vuçiç:    “Rusiya və Çinlə dostluğu davam etdirəcəyik”
  03 Yanvar 2022    Oxunub:887
“Serbiya Rusiya və Çinlə dostluq münasibətlərini qoruyub saxlamaqda davam edəcək”.
AzVision.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Serbiyanın yolu Avropadır: “Bizim dostlarla - Rusiya, Çin, Hindistan və başqaları ilə çox yaxşı münasibətlərimiz var. Biz onu qoruyub saxlamaqda davam edəcəyik”.

Serbiyanın xarici siyasəti Moskva və Pekinlə dostluq münasibətlərini saxlamaqla Avropa Birliyinə daxil olmağı nəzərdə tutur. Lakin Belqradın bu mövqeyi Qərbdə etirazlara səbəb olur.


AzVision.az



Teqlər: Serbiya  



Xəbər lenti