"Xəmsə"nin bir səhifəsi Bakıya necə gətirilib?

"Xəmsə"nin bir səhifəsi Bakıya necə gətirilib?
  03 Yanvar 2022    Oxunub:1403
Nizami Gəncəvinin "Xəmsə"sinin 16-cı əsrə məxsus bir səhifəsi Bakıya gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə diaspor araşdırmaçı ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricilərindən olan Fəridə Pənahova səhifənin Bakıya gətirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Fəridə Pənahova qeyd edib ki, bu ilin may ayında Londonun məşhur Sothebys auksionunda Nizami Gəncəvinin "Xəmsə"sinin 16-cı əsrə məxsus bir səhifəsi hərraca çıxarıldı.

- Turan Qafarlı bu haqda facebookda paylaşım etdi. Belə bir əsəri mütləq Azərbaycana gətirmək lazım idi. Bakıda idim deyə, auksionda iştirak etsəm də, bankdan o məbləği keçirə bilməyəcəkdim. Dostlarla əlaqə saxladım. Onların arasında əslən Cənubi Azərbaycandan olan və Londonda yaşayan iş adamı, Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricilərindən Savaş Mərəndli heç düşünmədən kömək edəcəyini söylədi. Auksionda iştirak edib əsəri aldı. Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə rəsmi müraciət etdik. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov auksion xərclərini qarşılayaraq əsərin çətin də olsa, Azərbaycana göndərilməsini təmin etdi. Bu bizim “Nizami ili”nə töhfəmiz oldu. Bu işdə bizə dəstək olan komitə sədri Fuad Muradov başda olmaqla, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Səhlət Abbasova və Xəyalə Hüseynliyə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyeva ürəkdən təşəkkür edirik,- F.Pənahova deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti