Çavuşoğlu Blinkenlə Qafqazı müzakirə edib

   Çavuşoğlu Blinkenlə Qafqazı müzakirə edib
  03 Yanvar 2022    Oxunub:955
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı baş tutub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışıqlarında yaxın günlərdə keçiriləcək NATO və ATƏT toplantılarından əvvəl Rusiya-Ukrayna gərginliyi, Türkiyə-ABŞ ikitərəfli münasibətləri, xüsusilə strateji mexanizmin aktivləşdirilməsi diqqət mərkəzində olub.

Ölkə rəsmiləri habelə Sudan, Efiopiya və Qafqazda baş verən proseslər müzakirə ediblər.

AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti