Azərbaycanın ən güclü şahmatçılarının adları açıqlandı
Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz var. Belə ki, Qədir Hüseynov (2661 xal) 77-ci, Rauf Məmmədov isə (2656 xal) 87-ci pillədə qərarlaşıblar.
Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2865 xal) başçılıq edir. İkinci pillədə Fransanı təmsil edən gənc istedad Alireza Firuzca (2804 xal), üçüncü yerdə isə çinli Liren Dinq (2799 xal) yer alıblar.
Qadınların reytinq cədvəlində isə ilk yüzlükdə şahmatçılarımız Günay Məmmədzadə 2470 xalla 24-cü, Gülnar Məmmədova (2387 xal) 68-ci, Xanım Balacayeva (2376 xal) 79-cu pillədə qərarlaşıblar.
Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2610 xal) və hindistanlı Hampi Koneru (2586 xal) ilk üçlüyü tamamlayıblar.
AzVision.az
Teqlər: Şahmat