Fransada koronavirusun yeni ştamı aşkarlanıb

Fransada koronavirusun yeni ştamı aşkarlanıb
  04 Yanvar 2022    Oxunub:934
Fransada koronavirusun yeni ştamı aşkarlanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, təhlükəli ştamm ölkənin cənubunda tapılıb. Yeni virusa yoluxanların sayının çoxluğu həyəcan təbilinə səbəb olub.

- Fransanın Marsel şəhərində yeni növ koronavirus aşkar edilib. Ölkənin cənub-şərqində yaşayan 12 sakində koronavirusun variantları ilə əlaqəli mutasiyaları müəyyən etmək üçün aparılan testlər aparılıb. Təəssüf ki, yeni variant aşkarlanıb.
"B.1.640.2" adlandırılan koronavirusun bu yeni variantı ilk dəfə olaraq 2021-ci ilin noyabrında Kamerundan qayıdan bir şəxsdə müəyyən edilmişdi,-məqalədə yazılıb.

Mütəxəssislər istisna etmirlər ki, virusun bu yeni növü artıq Afrikada geniş yayılıb. Hələlik bu ştamın hansı səviyyədə təhlükə yarada biləcəyi və ya yoluxma gücü məlum deyil.

AzVision.az



Teqlər: Fransa   Koronavirus  



Xəbər lenti