Fransada koronavirusun yeni ştamı aşkarlanıb
- Fransanın Marsel şəhərində yeni növ koronavirus aşkar edilib. Ölkənin cənub-şərqində yaşayan 12 sakində koronavirusun variantları ilə əlaqəli mutasiyaları müəyyən etmək üçün aparılan testlər aparılıb. Təəssüf ki, yeni variant aşkarlanıb.
"B.1.640.2" adlandırılan koronavirusun bu yeni variantı ilk dəfə olaraq 2021-ci ilin noyabrında Kamerundan qayıdan bir şəxsdə müəyyən edilmişdi,-məqalədə yazılıb.
Mütəxəssislər istisna etmirlər ki, virusun bu yeni növü artıq Afrikada geniş yayılıb. Hələlik bu ştamın hansı səviyyədə təhlükə yarada biləcəyi və ya yoluxma gücü məlum deyil.
AzVision.az
Teqlər: Fransa Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


