“Pegasus” İstanbul-İrəvan reysləri üçün Ermənistana müraciət edib
"Onlar fevral ayından başlayaraq həftədə iki reysin həyata keçirilməsi üçün müraciət ediblər”, - Arutyunyan deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurum müəyyən müddətdə təqdim olunan sənədə baxacaq.
Xatırladaq ki, dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türkiyənin “Pegasus” aviaşirkətinin İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşdığını bəyan etmişdi. Dekabrın 24-də isə məlum oldu ki, “Flyone Armenia” aviaşirkəti Yerevan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Türkiyə Ermənistan Reys







Vaxtında, Aydın, Lazımlı!


