Ermənistanda atəşfəşanlıq faciə ilə nəticələnib

Ermənistanda atəşfəşanlıq faciə ilə nəticələnib
  04 Yanvar 2022    Oxunub:1172
Yeni il gecəsi Ermənistanda bir neçə faciəvi hal yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, "Surb Astvatsamayr" tibb mərkəzinə gətirilən 4 uşaq müxtəlif növ bədən xəsarətləri alıb. Onlar atəşfəşanlıq zamanı istifadə etdikləri partlayıcı maddələrin təsiri nəticəsində travmalar alıblar.

- İki uşağın barmaqları amputasiya edilib. Məlum olub ki, onların əlində fişəng partlayıb. Digər iki azyaşlı isə nisbətən yüngül xəsarət alıb. Hər il oxşar hallara görə xeyli sayda uşaq ömürlük şikəst qalır ya da ağır travmalar alır,-məqalədə yazılıb.

AzVision.az



Teqlər: Ermənistan   Fişəng  



Xəbər lenti