Ermənistanda yüzlərlə əsgər qəbri qarət olunub

   Ermənistanda yüzlərlə əsgər qəbri qarət olunub
  04 Yanvar 2022    Oxunub:1108
Ermənistanın tanınmış aktrisası Anais Sardaryan hərbi panteon Yerablurla bağlı maraqlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, incəsənət xadiminin üzə çıxardığı xoşagəlməz hadisə ölkə mediasında müzakirələrə səbəb olub.

Ermənistanda hərbçi əsgər yoldaşını öldürüb
- Anais İkinci Qarabağ müharibəsində öldürülmüş əsgərlərdən biri ilə bağlı açıqlama verib. O həmin hərbçinin bacısından əldə etdiyi videonu yayaraq iddia edib ki, Yerablurda bayram günləri əsgər qəbrlərinin üzərinə düzülən meyvə və şirniyyatlar kütləvi şəkildə oğurlanıb,-məqalədə yazılıb.

Aktrisa özü isə qəbrləri qarət edən erməniləri sərt şəkildə tənqid edib.

- Yerablurda oğlanlarımızın qəbrinin üzərindəki bağlamaları götürürlər. Deyirlər ki, onlar erməni deyillər-, Anais hiddətli açıqlama verib. O, həm də məktublar təqdim edib ki, bunlardan hərbi panteonda bu cür hadisələrin ilk dəfə baş vermədiyi aydın olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Panteon   Qəbir   Əsgər  



Xəbər lenti