Tramp koronavirusla bağlı yalan məlumat yaydığına görə deputat Marjori Taylor Qrininin Twitter hesabının bloklanmasını şərh edib.
- Twitter demokratiya üçün ayıb sayılır. Onun bu ölkədə fəaliyyətinə icazə verilməməlidir. Marjori Taylor Qrin bir çox vicdanlı, vətənpərvər və zəhmətkeş seçiciləri təmsil edir. Onlar pafoslu Twitter və Facebookun bu cür rəftarına layiq deyillər. Hər kəs Twitter və Facebooku tərk etməlidir. Onlar darıxdırıcıdır və yalnız solçu radikalların nöqteyi-nəzərini təmsil edir. Hamı isə onlara nifrət edir. Bu saytlar ölkəmiz üçün ayıbdır. Marjori, sən isə mübarizəni davam etdir! – Tramp deyib.
Xatırladaq ki, ötən il Trampın tərəfdarları Kapitoliyə hücum etdikdən sonra Facebook sosial şəbəkəsi yanvarın 6-dan sonra Trampı blokladı. Lakin o, gələcəkdə bu qərara yenidən baxılması imkanını özündə saxlayıb. Eyni adıımı Twitter də atıb. Amma sayt Trampı həmişəlik bloklayıb.
Tural Tağıyev
AzVision.az