10 ilə 400-dən çox kilsə bağlanıb

10 ilə 400-dən çox kilsə bağlanıb
  04 Yanvar 2022    Oxunub:781
2010-2019-cu illərdə azı 423 Anqlikan kilsəsi bağlanıb. AzVision.az xəbər verir ki, bu barədə "Teleqraf" nəşrinin apardığı araşdırmanın nəticələrinə deyilir.
Həmçinin qeyd edilir ki, ümumilikdə 30 il ərzində - 1987-ci ildən 2019-cu ilə qədər ən azı 940 kilsə bağlanıb. Fəaliyyətini dayandıran məbədlərin əksəriyyəti Durham və Mançester şəhərlərində yerləşir.
Yüksək dini rütbə daşıyan rahib Endryu Nan dini qurumların bağlanma sürətini “şokedici” adlandırıb.

Qeyd olunur ki, tədqiqatda koronavirus pandemiyasının bu məsələyə təsiri nəzərə alınmır. Həmçinin bu gün Anqlikan kilsəsi nəzdində 15,5 minə yaxın məbədin olduğu vurğulanır.

AzVision.az



Teqlər: Kilsə  





Xəbər lenti