4 nəfər mənzildə müəmmalı şəkildə öldü

4 nəfər mənzildə müəmmalı şəkildə öldü
  04 Yanvar 2022    Oxunub:1043
Rusiyada müəmmalı ölüm hadisəsi baş verib. AzVision.az xəbər verir ki, yerli media İvanovo vilayətində mənzillərdən birində üzərində zorakılıq əlamətləri olmayan dörd cəsədin tapılması barədə məlumat yayıb.
İvanovo polisinin "VKontakte" sosial şəbəkəsindəki səhifəsində hadisə ilə bağlı deyilir:

"Teykovoda bir mənzildə dörd cəsəd tapıldı... Ölümün zorakılıqla baş verməsini əks etdirən heç bir xarici əlamət yoxdur".

Məlumatda o da qeyd edilir ki, qapı içəridən kilidli olub, binada isə qaz sızmasına dair hansısa əlamətlər müşahidə edilməyib. Xüsusi müstəntiq qrupu və təcrübəli kriminoloqlar hadisə yerinə yola düşüblər, ölüm hadisəsinin baş vermə şəraiti araşdırılır.

AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti