Taliban sərhəd gərginliyini təkzib etdi

Taliban sərhəd gərginliyini təkzib etdi
  04 Yanvar 2022    Oxunub:1101
Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Kahar Balxi Talibanın ölkənin şimalında türkmən sərhədçiləri ilə toqquşması barədə xəbərləri təkzib edib. AzVision.az xəbər verir ki, bu barədə o özünün Tvitter hesabında paylaşım edib.
- Əfqanıstan və Türkmənistan arasında sərhəd mübahisələri ilə bağlı xəbərlər yalandır. Qonşumuz Türkmənistanla aramızda heç bir problem yoxdur və biz bütün ölkələrlə dostluq münasibətləri, diplomatik əlaqələr qurmaq istəyirik, - Balxi yazıb.

Türkmənistanın Kabildəki səfirliyi də Əfqanıstanla sərhəddə gərgin vəziyyətlə bağlı xəbərləri təkzib edib və qeyd edib ki, ölkəsi özünün daimi neytrallıq mövqeyinə uyğun olaraq Əfqanıstanla “yaxşı qonşuluq münasibətləri” saxlayır.

Qeyd edək ki, bazar ertəsi xarici media Taliban döyüşçülərinin Əfqanıstanın şimalındakı Cövzcan əyalətində türkmən sərhədçiləri ilə toqquşduğunu yazmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Taliban  



Xəbər lenti