Braziliya prezidenti xəstəxanaya yerləşdirilib

Braziliya prezidenti xəstəxanaya yerləşdirilib
  04 Yanvar 2022    Oxunub:900
Braziliya prezidenti Jair Bolsonaro xəstəxanaya yerləşdirilib. Yerli media onun bağırsaqlarında ciddi problemin yarandığını yazıb.
AzVision.az xəbər verir ki, tibb işçiləri prezidentin əməliyyata ehtiyacı olmadığını bəyan ediblər.

Xatırladaq ki, 2021-ci ilin iyul ayında da Bolsonaro bağırsaq problemi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Braziliya prezidenti 2018-ci ildə ona qarşı olan sui-qəsd cəhdindən sonra səhhətində problemlər yaşayır. Bolsonaro seçkilərə təxminən bir ay qalmış Minas Gerais əyalətinin Juiz de Forou şəhərində seçki mitinqi zamanı bıçaqlanmışdı.

AzVision.az



Teqlər: Braziliya   Prezident  





Xəbər lenti