Erməni səfir ölkəsində lağa qoyuldu

   Erməni səfir ölkəsində lağa qoyuldu
  04 Yanvar 2022    Oxunub:1123
Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunçla bağlı yayılan xəbər ölkədə geniş müzakirələrə səbəb olub.
AzVision.az xəbər verir ki, yerli media sosial şəbəkələrdə səfirin xarici tələbələrə dərs deməsinin lağa qoyulduğu yazılıb.

- Ermənistanın Vaşinqtona göndərdiyi xanım səfir ABŞ Hərbi Dəniz Qüvvələri Kollecinin tələbələri üçün mühazirə oxuyub. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb. Maraqlıdır ki, bu xəbər sosial mediada lağa qoyularaq gülüş doğurub. İnsanlar ingilis dili səviyyəsinə görə ABŞ-a səfir göndərilmiş bu qeyri-peşəkar diplomatın amerikalı tələbələr üçün nədən danışmasını soruşurlar. Hətta onun fotosuna "əl gəzdirib" radikal şəkildə paylaşımlar da edən az olmayıb,-məqalədə yazılıb.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın seçimi ilə ABŞ-a səfir göndərilən Lilit Makunç ölkədə ən çox tənqid edilən məmurlardan sayılır.





Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti