- Ermənistanın Vaşinqtona göndərdiyi xanım səfir ABŞ Hərbi Dəniz Qüvvələri Kollecinin tələbələri üçün mühazirə oxuyub. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb. Maraqlıdır ki, bu xəbər sosial mediada lağa qoyularaq gülüş doğurub. İnsanlar ingilis dili səviyyəsinə görə ABŞ-a səfir göndərilmiş bu qeyri-peşəkar diplomatın amerikalı tələbələr üçün nədən danışmasını soruşurlar. Hətta onun fotosuna "əl gəzdirib" radikal şəkildə paylaşımlar da edən az olmayıb,-məqalədə yazılıb.
Qeyd edək ki, baş nazir Nikol Paşinyanın seçimi ilə ABŞ-a səfir göndərilən Lilit Makunç ölkədə ən çox tənqid edilən məmurlardan sayılır.


Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


