Türkiyə ötən il 1140 terrorçunu zərərsizləşdirib

   Türkiyə ötən il    1140    terrorçunu zərərsizləşdirib
  04 Yanvar 2022    Oxunub:882
Terrorizmlə mübarizə aparan Türkiyədə son bir ildə keçirilən əməliyyatlar zamanı müxtəlif terror qruplaşmalarının 1 140 üzvü zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Türkiyə Daxili İşlər Nazirliyinin rəis müavini İsmayıl Çataklıya istinad edən saytlar ölkə daxilində 143 321 antiterror əməliyyatının keçirildiyini yazıblar.

Çataklı mediaya açıqlamasında onu da qeyd edib ki, hazırda dağlarda 156-dan çox terrorçu gizlənir.

- Əvvəllər ildə 5 min insan terrorçuların sıralarına qoşulurdu, lakin o zaman da istədiklərinə nail ola bilmirdilər. İndi onların sayı 156-dan azdır, sözsüz ki, məqsədlərinə çata bilməyəcəklər, - Nazirlik rəsmisi bildirib.

2021-ci ildə Türkiyə hüquq-mühafizə orqanları ölkə daxilində 143 321 antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində terrorçuların 1 548 sığınacağı məhv edilib.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti