İranda partlayış olub- 1 qadın, 2 uşaq ölüb

İranda partlayış olub-   1 qadın, 2 uşaq ölüb
  04 Yanvar 2022    Oxunub:1099
İranda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.
Təbriz şəhərində yük maşını salonunda sıxılmış qaz balonunun partlaması nəticəsində bir qadın və iki uşaq ölüb. AzVision.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, partlayış nəticəsində daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AzVision.az



Teqlər: İran   Partlayış  



Xəbər lenti