Güclü qar Vaşinqtonda 230 min binanı işıqsız qoydu

Güclü qar Vaşinqtonda    230 min    binanı işıqsız qoydu
  04 Yanvar 2022    Oxunub:1048
ABŞ-ın şərq sahillərinə yağan güclü qar Vaşinqtonda 230 mindən çox evi və iş yerlərini işıqsız qoyub.
AzVision.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Qeyd olunur ki, fırtına məktəblər və universitetlərin müvəqqəti bağlanmasına, paytaxtda isə bir neçə min reysin təxirə salınmasına səbəb olub. Bundan əlavə, fövqəladə hallar xidmətləri istisna olmaqla, demək olar ki, bütün federal dövlət qurumlarının, ictimai nəqliyyatın fəaliyyəti iflic vəziyyətə düşüb.

Bu qar yağışının Vaşinqton üçün qışda ilk qar olduğu bildirilir. Qarın yaratdığı problemlərin təsirləri Virciniya, Merilend, Nyu Cersi və Şimali Karolina ştatlarında da hiss olunur.

Artıq təbii fəlakət qurbanlarının olduğu barədə məlumatlar var.
Hakimiyyət orqanları pis hava şəraitinin yollarda ağır qəzalara səbəb ola biləcəyini ehtimal edərək sakinləri evlərini tərk etməməyə çağırır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qar   ABŞ  



Xəbər lenti