Başına fişəng düşən yol polisi öldü

Başına fişəng düşən yol polisi öldü
  04 Yanvar 2022    Oxunub:1053
Rusiyada başına fişəng düşən yol polisi dünyasının dəyişib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Kuban polisi hadisəni araşdırır.

- İnsident M-4 "Don" federal magistral yolunun 1123-cü kilometrliyində baş verib. Yanvarın 1-də saat 00.05 radələrində Rusiya Daxili İşlər Nazirliyinin Kuşçevski rayonu üzrə növbətçi hissəsinə xidmətdə olan İdarənin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin inspektorunun başından fişəngdən yaralanması ilə bağlı məlumat daxil olub, - məqalədə yazılıb.

Qeyd olunur ki, hadisədən sonra polis xəstəxanaya yerləşdirilsə də, bir müddət sonra o dünyasını dəyişib.

AzVision.az



Teqlər: Rusiya   Fişəng   Polis  



Xəbər lenti