"Telegram"ın fəaliyyətində problem yaranıb

"Telegram"ın fəaliyyətində problem yaranıb
  04 Yanvar 2022    Oxunub:1002
Dünyada ən məşhur sosial şəbəkələrdən olan "Telegram"ın fəaliyyətində ciddi problemlər yaranıb. AzVision.az xəbər verir ki, istifadəçilər populyar internet resursunun nasazlıqlarından şikayətlənirlər.
Artıq məşhur "Downdetector" saytında qısa zamanda "Telegram"la bağlı 486 şikayət qeydə alınıb. İstifadəçilərin 50%-i proqramdakı problemlərdən, 36%-i serverə qoşulma ilə bağlı çətinliklərdən, digər 14% isə mesajların göndərilməsi ilə əlaqəli yaranmış nasazlıqlardan şikayətlənib. Problemlərlə əsasən Rusiya, Ukrayna, Almaniya və İsveçrə sakinləri üzləşiblər.

Qeyd edək ki, "Telegram" bir çox formatda mesajlar və media faylları mübadiləsi aparmağa imkan verən məşhur messencerdir. Layihə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsinin yaradıcısı Pavel Durov tərəfindən yaradılıb.

Xatırladaq ki, ötən il "Facebook" sosial şəbəkəsində də ciddi problemlər yaranmışdı.

AzVision.az



Teqlər:



Xəbər lenti