Kremlin keçmiş baş aşpazı vəfat edib

Kremlin keçmiş baş aşpazı vəfat edib
  04 Yanvar 2022    Oxunub:939
Kremlin keçmiş baş aşpazı və Rusiya Kulinariya Mütəxəssisləri Milli Assosiasiyasının prezidenti Viktor Belyayev vəfat edib.
AzVision.az xəbər verir ki, onun ölümü ilə bağlı məlumat "Facebook" və təşkilatın saytında yayılıb.
Sverdlovsk vilayətinin Kulinariya Mütəxəssisləri və Restoratorlar Assosiasiyasının vitse-prezidenti Oleq Ponomarev öz səhifəsində Belyayevin ölümünü ictimaiyyət üçün ağır itki adlandırıb.

Qeyd edək ki, Belyayevin 64 yaşı vardı, ölüm səbəbi isə dəqiqləşdirilməyib.
O 30 il Kremldə işləyib. Aşpazdan Kremlin qida fabrikinin baş direktoru vəzifəsinə qədər çalışıb. Belyayevin komandası xüsusi mətbəxdə dövlətin yüksək vəzifəli şəxsləri üçün hazırlıqlar görüb, qəbulları ən yüksək səviyyədə təşkil edib, o cümlədən rəsmi səfərə gələn xarici dövlətlərin rəhbərlərinin qida rasionunu müəyyənləşdirirərək onlara xidmət göstərib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kreml   Aşpaz   Vəfat  





Xəbər lenti