Qazaxıstanda messencerlər mitinqlərə görə bloklandı

 Qazaxıstanda messencerlər mitinqlərə görə bloklandı
  04 Yanvar 2022    Oxunub:1737
Qazaxıstanda "Telegram", "WhatsApp" və "Signal" messencerləri bloklanıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Həmçinin qeyd edilir ki, “Beeline” ölkədə “şirkətdən asılı olmayan” səbəblərdən mobil internetlə bağlı yaranan nasazlıqları təsdiqləyib. Qazaxıstanın mobil operatoru olan "Kcell" isə rabitədə yaranan fasilələri səlahiyyətli orqanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü tədbirlərlə izah edib.

"Telegram"ın fəaliyyətində problem yaranıb
Qeyd edək ki, Qazaxıstanda Yeni il bayramından dərhal sonra qazın qiymətinin kəskin artması ilə bağlı etirazlar başlayıb. Etiraz aksiyaları Manqıstau vilayətinin Janaozen və Aktau şəhərlərində, o cümlədən Kurık, Akşükür və digər ərazilərdə keçirilib. Avtomobillərə vurulan yanacaq qazınının qiymətinin iki dəfə qalxması elan edildikdən sonra mitinqlər kütləvi hal alıb.

Ölkənin Energetika Nazirliyi izah edib ki, yanvarın 1-dən qazın qiyməti tələb və təklif əsasında elektron birja ticarətində formalaşır. "Akimat" isə qaz qiymətlərinin tənzimlənməsində iştirak etmir. Çünki bu məhsul rəqabət mühitinə aiddir. Eyni zamanda, fərdi sahibkarlar tərəfindən əsassız olaraq qiymət artımı faktları baş verdikdə, Rəqabətin Müdafiəsi Agentliyinin şöbəsi tərəfindən inzibati tədbirlər görülür. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev vəziyyətə baxmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstan   Qaz   Aksiya  





Xəbər lenti