"Baydenin reytinqi ən aşağı səviyyəyə düşüb"- CNBC

"Baydenin reytinqi ən aşağı səviyyəyə düşüb"-   CNBC
  04 Yanvar 2022    Oxunub:1079
Dekabrda ABŞ prezidenti Co Baydenin reytinqi yenidən rekord həddə-44 faizə düşüb. AzVision.az xəbər verir ki, bununla bağlı CNBC telekanalı araşdırma aparıb.
Ötən ayın 17-20-də telefonla 1895 responden arasında sorğu keçirilib. Sorğu iştirakçılarının 56%-i ABŞ prezidentinin fəaliyyətini bəyənməyiblər. Tədqiqatda demokratlar və respublikaçıların demək olar bərabər sayda tərəfdarının iştirak etdiyi qeyd edilir.

Amerikalı hərbçi canlı yayımda Baydeni təhqir etdi- VİDEO
Amerikalıların ən böyük narazılığına ölkədəki iqtisadi vəziyyət səbəb olub. 73 faiz bu durumu acınacaqlı hesab edib. İlk növbədə vətəndaşları inflyasiya narahat edir. Bundan əlavə, respondentlərin yarıdan çoxu -55 faizi Baydenin koronavirus pandemiyası ilə mübarizə aparmasından narazıdır.
ABŞ-da vəziyyətin düzgün istiqamətdə inkişaf edib-etməməsi ilə bağlı suala respondentlərin 70%-i mənfi cavab verib.

Qeyd edək ki, Baydenin populyarlığına dair əvvəlki antirekord keçən ilin sentyabrında qeydə alınmışdı. O zaman respondentlərin 54%-i prezidentin işindən narazılıqlarını bildirmiş, sorğuda iştirak edənlərin 46%-i onu dəstəklədiyini söyləmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Sorğu   ABŞ  



Xəbər lenti